20.11.2017

"Ölkəmizi tanıyaq" tur aksiyası başa çatdı

    16-19 noyabr 2017-ci il tarixlərində şəhər ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Gəncə şəhəri, Şəmkir və Göy-göl rayonlarına səfər etmişlər. Səfər zamanı şagirdlər Gəncə şəhər Heydər Əliyev adına Milli Parkda, Heydər Əliyev Mərkəzində oldular, Gəncə şəhərinin tarixi  abidələri, o cümlədən İmamzadə Məscidini, Cavad xan türbəsini, "Çökək hamam"ı  ziyarət etdilər və digər tarixi abidələrlə yanaşı Nizami Gəncəvinin Məqbərəsində və Muzeyində, Mirzə Şəfi Vazeh adına Muzeydə, yeni istifadəyə verilmiş Məhsəti Gəncəvi Muzeyində oldular. Şəmkir rayonunda şagirdləri Heydər Əliyev Mərkəzində qarşıladılar. Burada şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı maraqlı faktlarla tanış oldurlar, daha sonra Dövlət Bayrağı Muzeyinə səfər etdilər. Səfər çərçivəsində uşaqlar Şəmkir qalasına və alman lüteran kilsəsinə də ekskurs etdilər. Göy-göl rayonunda isə ecazkar "Göy-göl" möcüzəsini şagirdlər öz gözləri ilə gördülər. Zəlzələ nəticəsində yaranmış gölün tarixi ilə yaxından maraqlanan şagirdlər dərslikdən öyrəndiklərini əyani olaraq görüb mənimsədilər. 


Açar sözlər: ,  ,  ,  ,