15.11.2017

"Ölkəmizi tanıyaq" layihəsi çəçivəsində görüş

    15 noyabr 2017-ci il tarixdə "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Şirvan şəhər Gənclər Evində görüş olmuşdur. Şirvan şəhər ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi 16-19 noyabr 2017-ci il tarixlərdə respublikamızın qərb bölgəsinə, o cümlədən Gəncə şəhəri, Göy-göl və Şəmkir rayonlarına səfər edəcəklər. Səfər zamanı onlar yurdumuzun tarixi ilə, habelə tarixi yerlərlə, qədim abidərlə yaxından tanış olacaqlar. Görüşdə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalov "Ölkəmizi tanıyaq" layihəsinin əhəmiyyəti barədə  şagirdlərə ətraflı məlumat verdi, cənab Prezidentin gənc nəslə qayğısını diqqət mərkəzinə çəkdi. Daha sonra Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, şəhər 1 nömrəli məktəb-liseyin direktoru Rəfiqə Rzayeva, 9 nömrəli tam orta məktəbin X sinif şagirdi Rüfət İsgəndərov və valideyn Ayün Səmədzadə  çıxış edərək şagirdlərə uğurlu yol arzuladılar. Sonda şagirdlərə hədiyyələr təqdim olundu.