05.10.2017

    Müəllimlər günü qeyd edilmişdir.

    Şirvan şəhər Mədəniyyət Mərkəzində təhsil işçilərinin, icma nümayəndələrinin, şəhər rəhbərliyinin iştirakı ilə Beynəlxalq Müəllimlər günü qeyd edilmişdir. Tədbiri giriş sözü ilə təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev açaraq təhsil işçilərini təbrik etmiş, ötən dərs ilində müəllimlərin qazandıqları uğurlardan söhbət açmışdır. O, bildrimişdir ki, təhsil işçilərimizin əməyi daim ölkə başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezidentin sərəncamları ilə son 10 ildə 30-a yaxın şəhərimizin müəllim və pedaqoji rəhbər işçiləri müxtəlif mükafatlarla təltif edilmişlər. Sevindirici haldır ki, 2017-2018-ci dərs ilində şəhər 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, qabaqcıl təhsil işçisi Bəşirli Əli "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Daha sonra şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Samit Abıyev  dövlətimizin təhsil siyasəti, indiyədək tikilən və əsaslı təmir edilən, xüsusən də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə inşa edilmiş təhsil ocaqları haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş və ötən dərs ili ərzində uğurları olmuş bir sıra təhsil işçisini şəhər İcra Hakimiyyətinin Başçısının "Fəxri fərman" ı ilə təltif etmişdir.

    Sonda respublikamızın sənət ustaları Elnur Əliyev və Səbinə Ərəbli konsert proqramı ilə çıxış etmişlər.


Açar sözlər: ,  ,