04.05.2016

    Məktəbdə açıq dərs keçirilmişdir

      02 may 2016-cı il tarixdə N.Quliyev adına şəhər 9 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2014) Sevinc Niftiyevanın 6-cı sinifdə "Ədədi orta,moda və median" mövzusunda açıq dərsi keçirilmişdir. Dərs Azərbaycan əsgərinin şərəfinə "Əsgərə məktub"la başladı. Müəllim çox ustalıqla əsgərə məktub ünvanlamaqla motivasiya qurdu və bütün dərs boyu bu mövzunu diqqət mərkəzində saxladı. Belə ki, iş vərəqləri, tapşırıqlar cəbhəyə, Silahlı Qüvvələrimizə, əsgərlərimizə onların həyatına aid məsələ və misalla çox zəngin idi. Dərsdə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, qabaqcıl və fənn müəllimləri,  metodistlər iştirak etmişlər. Dərsin üstün və zəif cəhətləri müzakirə edilərək tövsiyələr verildi, habelə təcrübə mübadiləsi aparıldı. 


Açar sözlər: ,